AZ

“Hizbullah”ın daha bir komandiri məhv edildi

İsrail Müdafiə Qüvvələri (IDF) Livanın mərkəzi və qərb bölgələrinə cavabdeh olan “Hizbullah” hərəkatının döyüş qanadının tərkibindəki “Radvan” xüsusi təyinatlı batalyonunun raket qüvvələrinin komandirlərindən birini zərərsizləşdirib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə ordunun Telegram-kanalında deyilir.

“Kfar Dunin bölgəsində İDF zərbə endirib və Livanın mərkəzi və qərb bölgələrində Hizbullahın Radvan raket bölməsinin komandiri Məhəmməd Hüseyn Mustafa Şeçorini öldürüb. Məhəmməd Livanın müəyyən edilmiş bölgələrindən İsrailə raket buraxılışlarını planlaşdırıb və təşkil edib”, – deyə məlumatda bildirilir.

Seçilən
151
Mənbələr
Şərh ()
Bağla