AZ

UEFA inspektoru Tovuzda oldu, "Turan"ın stadionuna baxış keçirdi

UEFA stadion inspektoru Nebojsa İvkoviç və AFFA nümayəndəsi Tovuz şəhər stadionunda olublar.

Sportinfo.az "Turan Tovuz"un mətbuat xidmətinə istinadən xəbər verir ki, 4 saatdan çox çəkən baxışdan sonra serbiyalı funksioner stadionun müvafiq kateqoriyaya yiyələnməsi üçün UEFA-nın tələblərini çatdırıb,tapşırıq və tövsiyələrini verib.

Onun iştirakı ilə keçirilən iclasda stadionun müasir standartlara cavab verməsi üçün görüləcək işlərlə bağlı geniş fikir mübadiləsi aparılıb, gələcək planlar müzakirə olunub.

Seçilən
136
4
Mənbələr
Şərh ()
Bağla