AZ

Şarl Mişel ilə Zelenski arasında mühüm müzakirə

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Ukrayna Prezidenti Volodimir Zelenski ilə Rusiyanın Ukraynanın enerji sektoruna hücumlarını müzakirə edib.

Publika.az xəbər verir ki, bu barədə Aİ lideri "X"də paylaşım edib.

“Prezident Zelenski ilə Ukraynadakı son hadisələri müzakirə etdik. Biz Rusiyanın kritik infrastruktura, xüsusən də enerji sektoruna hücumlarını qətiyyətlə pisləyirik. Təcili olaraq hava hücumundan müdafiəni təmin etməli və bütün hərbi dəstəyin, o cümlədən sursatın çatdırılmasını sürətləndirməliyik”, – siyasətçi qeyd edib.

Seçilən
160
2
Mənbələr
Şərh ()
Bağla