Bakı. Trend:
Sərbəst və yunan-Roma güləşi üzrə U-17 Azərbaycan çempionatıkeçiriləcək.
Trend İdman.biz-əistinadən xəbər verir ki, yarış aprelin 23-26-da FHNİdman-Sağlamlıq Klubunda baş tutacaq.
Azərbaycan çempionatı Azərbaycan Güləş Federasiyası ilə Gənclərvə İdman Nazirliyinin birgə təşkilatçılığı ilə keçiriləcək. Yarışmüvafiq yığma komandalara seçim xarakteri daşıyır.
Qeyd edək ki, çempionatın ilk 2 günündə sərbəst, növbəti 2 gündəisə yunan-Roma güləşi üzrə qaliblər müəyyənləşəcək.