AZ

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Ünvanlı sosial yardım almağa köməklik adı altnda vətəndaşlar aldadılır - VİDEO

Bəzi hallarda ünvanlı sosial yardım adı altında vətəndaşlara kömək edəcəkləri deyərək onların vəsaitlərini mənimsəməyə çalışırlar. Səbəbi isə həmin vətəndaşların bu istiqamətdə məlumatlılığın az olmasıdır.

Sonxeber.az xəbər verir ki, Dövlət Sosial Müdafiə Fondunun şöbə müdiri Rəşad Mehdili "Xəzər Xəbər"ə açıqlama verib. O bildirib ki, müavinətin təyinatı elektron sistem üzərindən həyata keçirilir.

"Bir sıra vətəndaşlara ünvanlı sosial yardım almaqda kömək edəcəkləri ilə bağlı fərziyyələr irəli sürən şəxslər əslində onların vəsaitlərini mənimsəməyə çalışırlar. Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu barədə bir neçə xəbərdarlıq məlumatları paylaşılıb və belə dələduzlardan uzaq durmaları tövsiyə edilib. Ünvanlı yardımın təyinatı elektron sistem üzərindən həyata keçirilir. Burada heç bir kənar müdaxilə olmur. Sosial yardım təyinatı üçün yalnız elektron qaydada müraciət edilir. Bununla yanaşı, müraciət zamanı heç bir ödəniş tələb edilmir".

Ətraflı "Xəzər Xəbər"in süjetində:

Seçilən
60
Mənbələr
Şərh ()
Bağla