AZ

Fələstin lideri ABŞ-ın BMT-yə üzvlüklə bağlı səsvermənin təxirə salınması tələbini rədd edib

Fələstin prezidenti Mahmud Abbas Vaşinqtonun Fələstinin dünya təşkilatına tamhüquqlu üzv qəbul edilməsi məsələsinin BMT Təhlükəsizlik Şurasında qaldırılmaması tələbini rədd edib.

Editor.az xəbər verir ki, bu barədə Axios portalı Amerika, Fələstin və İsrail rəsmilərinə istinadən xəbər verir. Onların dediyinə görə, son iki həftə ərzində Bayden administrasiyası Abbas və onun köməkçilərinə Fələstinin BMT-nin tam statusunu rədd etmək üçün təzyiq göstərir.

Vaşinqton açıq şəkildə bildirib ki, mövcud ABŞ qanunları Amerika administrasiyasını BMT-nin belə bir qətnaməsinə veto qoymağa və ya hətta dünya təşkilatını maliyyələşdirməkdən imtina etməyə məcbur edəcək.

//Gülnarə Abasova, Editor.az

Seçilən
70
6
Mənbələr
Şərh ()
Bağla