AZ

Ukraynanın Çerniqov şəhərinə raket hücumu nəticəsində ölən və yaralananların sayı artıb

Çerniqovda aprelin 18-i səhər saatlarına olan məlumata görə, dünənki raket hücumu nəticəsində 18 nəfər ölüb, 77 nəfər yaralanıb. Yaralılar arasında dörd uşaq da var.

Bu barədə Ukraynanın Daxili İşlər Nazirliyi və Fövqəladə Hallar Dövlət Xidməti məlumat yayıb.

Xilasedicilər dağıntılar altından üç nəfərin xilas edildiyini bildiriblər. 58 nəfərə psixoloji yardım göstərilib.

Xilasetmə işləri davam etdirilir.

Mənbə: Slovoidilo.ua

Seçilən
44
2
Mənbələr
Şərh ()
Bağla