AZ

Ayşən Abduləzimovadan Macarıstanda “qızıl dubl”

Millimizin voleybolçusu Ayşən Abduləzimova növbəti dəfə Macarıstan çempionu olub.

"Football-plus.az" xəbər verir ki, təcrübəli blokçumuzun komandası “Vasas” finalda KNRC klubunu hər üç oyunda məğlub edib və qızıl medallara sahib çıxıb.

Yığmamızın kapitanı çempionluq gətirən son oyunda 12 xal (7 blok, 3 hücum, 2 eys) qazanıb.

Qeyd edək ki, Ayşən bu il həm də Macarıstan kubokunun qalibi olub.

Seçilən
57
8
Mənbələr
Şərh ()
Bağla