AZ

AQTA sədri ekspertlərə xəbərdarlıq edib

Bakı, 18 aprel, AZƏRTAC

Ümumiyyətlə, mediada araşdırılmamış, qeyri-peşəkar həddən artıq məlumat öz əksini tapmaqdadır. Bu gün səhər çox təsadüfən media orqanlarının birində Azərbaycan ərazisində satılan qida məhsullarının tərkibində müxtəlif gəmiricilərin, siçovul və ayı geninin olması haqqında absurd məlumatlar yayılıb.

AZƏRTAC xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli Milli Məclisdə “Qida təhlükəsizliyi sistemi və onun vahid sağlamlıq konsepsiyasənda rolu” mövzusunda ictimai dinləmədə deyib.

AQTA sədri qeyd edib ki, verilən istənilən məlumat peşəkar mənbəyə əsaslanmalıdır.

“Mən özüm uzun müddət molekulyar genetika ilə məşğul olmuşam. Bizim ekspertlərimiz nəinki Azərbaycanda, hətta Avropada molekulyar genetika ilə peşəkar səviyyədə məşğul olurlar. Molekulyar genetika mütərəqqi elmdir. Həmin ekspertlərdən molekulyar genetika elminin əleyhinə fikirləri dayandırmağı tələb edirəm. Əks halda, biz məcburuq ki, bu məsələyə hüquqi qiymət verilməsi məsələsini gündəmə gətirək. Hər hansı məhsulun özəl xüsusiyyətini qoruyub saxlamaq üçün başqa bir orqanizmin geni ona transfer olunur. Bu, sadəcə, bəlli məhsullarda həyata keçirilir. Bəzi məhsullar, məsələn çiyələk, albalı, heyva, qarpız kimi məhsullar ərzaq səbətinə daxil deyil. Dünya elmi ona vəsait ayırıb modifikasiya ilə məşğul olmur. Siçovulun, ayının hansı özəlliyi var ki, onu kartofun, pomidorun geninə transfer etsinlər”, - deyə Q. Təhməzli vurğulayıb.

Seçilən
85
Mənbələr
Şərh ()
Bağla