AZ

Azyaşlılar Bakı-Sumqayıt qatarına daş atdı - Vaqonun qapı şüşəsi sındı (VİDEO)

Bakı. Trend:

Bakı-Sumqayıt xətti ilə hərəkət edən sürət qatarı Sumqayıtşəhəri ərazisindən keçərkən naməlum şəxslər tərəfindən kənardan daşatılması nəticəsində vaqonun qapısının şüşəsi sındırılıb.

Trend xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumatyayıb.

Bildirilib ki, bu hal qatarın hərəkətində gecikməyə vəsərnişinlərin narahatlığına səbəb olub:

"Məlumat daxil olan kimi Dəmiryolu Nəqliyyatında Polisİdarəsinin Sabunçu Xətt Polis Şöbəsinin əməkdaşları tərəfindənhadisəni törədən şəxslərin axtarışlarına başlanılıb. Hadisənitörədən 3 azyaşlı müəyyən olunaraq valideyinlərinin iştirakı iləPolis Şöbəsinə gətirilib.

Hadisəni törədən azyaşlıların valideynləri ilə profilaktiksöhbətlər aparılıb və övladları üzərində nəzarəti dahagücləndirməyin vacib olduğu diqqətə çatdırılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Bakı-Sumqayıt-Bakı marşrutu üzrə yaxın ərazidə yaşayanvətəndaşların nəzərinə çatdırmaq istəyirik ki, dövlət əmlakınaziyan vuranlar, elektrik qatarının təhlükəsiz hərəkətinə maneolanlara qarşı polis əməkdaşları tərəfindən müvafiq tədbirlərgörüləcək".

Seçilən
62
37
Mənbələr
Şərh ()
Bağla