AZ

Baydenin əmisini adamyeyənlər yeyibmiş...

ABŞ prezidenti Co Bayden qəribə ailə xatirəsini danışıb.

 

Modern.az xarici mətbuata istinadən xəbər verir ki, o, illər əvvəl aviaqəzada həlak olmuş əmisini xatırlayıb.

 

Baydenin sözlərinə görə, Yeni Qvineyada təyyarə qəzasında ölən əmisinin cəsədinin adamyeyənlərə görə tapıla bilməyiblər.

 

"O, Yeni Qvineyada vuruldu və cəsədi tapılmadı, çünki Yeni Qvineyanın bu hissəsində həqiqətən çoxlu adamyeyən var idi", - ABŞ prezidenti söyləyib.

 

Qeyd edək ki, hanibalizm (adam əti yemək) dünyanın bir sıra regionlarında yerli tayfalar arasında hələ də qalmaqdadır.

Seçilən
61
2
Mənbələr
Şərh ()
Bağla