AZ

Latın Amerikası böyük təşvişdə - Bu ölkələrdə Hizbullah agentləri aşkarlandı

Çili və Boliviya öz ərazilərində Hizbullahın varlığının aşkar edildiyini iddia edən Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçə reaksiya verib.
 
AZXEBER.COM xarici mətbuata istinadən xəbər verir ki, Argentinanın təhlükəsizlik naziri Patrisiya Bullriçin Hizbullahın Çili və Boliviyada varlığının təsbit edildiyini söyləməsi bölgədə böhran yaradıb.

Boliviya hökumətindən verilən açıqlamada, Bullriçin Boliviya ərazisində Hizbullahın varlığına dair iddiaları izah etmək üçün Argentinanın La Paz diplomatik nümayəndəsinin Xarici İşlər Nazirliyinə çağırıldığı bildirilib.
 
Açıqlamada Bullrixin ifadələrinin yanlış olduğu vurğulanıb və əlavə edilib: \"Biz Boliviya sərhədlərində terror, etibarsızlıq və narahatlıq yayan insanların qorunduğuna dair ittihamları qəti şəkildə rədd edirik. Bu ittihamların heç bir əsası yoxdur, sübut və sənədlər yoxdur\".

Çili prezidenti Qabriel Boric də Bullrixin açıqlamalarına reaksiya verib və Javier Milei hökumətinə \"etiraz notası\" göndərəcəklərini bildirib.

Boric Bullrichdən Hizbullahın Çilidə mövcudluğu ilə bağlı hər hansı bir sənədi onlarla paylaşmasını istəyib və \"Əgər konkret dəlil varsa, Xarici İşlər Nazirliyi vasitəsilə ədliyyə orqanlarına göndərilsin. Ölkəmizə hörmət edin. Çili heç bir terror qruplaşmasını dəstəkləmir\".
 
Xarici mətbuatda dərc olunan xəbərlərdə Boliviya tərəfinin Bullriçin Boliviyadakı iranlılarla bağlı sözləri Hizbullah yaraqlılarına təlim keçməsi kimi qəbul edildiyi üçün reaksiya verdiyi bildirilib. Bullriç \"Hizbullah bu yaxınlarda Argentina, Braziliya və Paraqvay arasında üçlü sərhəddə yerləşən İquiquedə (Çili liman şəhəri) aşkar edilib. Keçən il Sao Pauloda və bir neçə həftə əvvəl Peruda 2 Hizbullah üzvü aşkar edilib\" - deyib.
 
Mikayıl
Seçilən
42
1
Mənbələr
Şərh ()
Bağla