AZ

Paşinyan ermənilərə Başkəndin xəritəsini göstərdi

“Cəbhə xətti olmamalıdır, sərhəd olmalıdır və bu sərhəddə keçid məntəqəsi olacaq: ünsiyyət qurmaq istəyirsinizsə, qurun, qurmaq istəmirsinizsə, qurmayın”.

Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan dünən Tavuş vilayətinin Bibiş kəndinin sakinləri ilə görüşündə bildirib.

O, şəxsi haqqında danışılanlara belə cavab verib:

“Bu, nə ilə bağlıdır? Mənim haqqımda, uşaqlarım, həyat yoldaşım, valideynlərim və hətta babam haqqında hər cür danışırlar. Sizcə, mənim ləyaqətim yoxdur, yoxsa cavab verə bilmirəm? Başa düşürəm, elə an gəlir ki, vətən naminə, ölkən naminə özünü qurban verməlisən. Hörmətini, adını, övladlarının ruhi vəziyyətini, ailənin dincliyini, valideynlərinin, babanın xatirəsini də qurban vermək olar. Amma bunu niyə etdiyini bilməlisən. Mən bunu Ermənistan Respublikasının müstəqil dövlət olması üçün edirəm”.

Görüşdə Paşinyan Ermənistanın xəritəsini göstərərkən vətəndaşlardan biri soruşub: “Başkənd də oradadır?” Paşinyan müsbət cavab verib və Başkəndin “xəritəsini” ayrıca göstərib.

Qeyd edək ki, Paşinyan bu il ikinci dəfədir ki, Əskiparaya gedir. Yerli sakinlərlə əvvəlki görüş heç də rahat keçməyib. İclasın mövzusu etiraza səbəb olan Tavuşun 4 yaşayış məntəqəsinin Azərbaycana verilməsi olub. Paşinyan kənd sakinlərinə deyib ki, bu kəndlər təslim olunmalıdır, əks halda müharibə başlayacaq.

Nigar HƏSƏNLİ,
Musavat.com

Seçilən
28
Mənbələr
Şərh ()
Bağla