AZ

Amsterdamda otel tikintisi qadağan edildi - FOTO

Hollandiya həddindən artıq turizmlə mübarizə çərçivəsində paytaxtda yeni otel binalarının tikintisinə icazə verməyəcək.

BAKU.WS xarici mediaya istinadən xəbər verir ki, bu barədə yerli hökumət açıqlamasında bildirib.

"Biz şəhəri sakinləri və qonaqlar üçün yaşana bilən hala gətirmək və bunu qorumaq istəyirik. Bu o deməkdir ki, aşırı turizm olmayacq, yeni otel yoxdur, İldə 20 milyon insanın gecələmək imkanı yoxdur", - qeyd olunub.

Amsterdamda yeni otel yalnız o halda tikilə bilər ki, başqa bir otel bağlansın. Əgər yeni otel daha yaxşı olarsa, məsələn, daha dayanıqlı olarsa, onu tikmək olar. Lakin bu qayda artıq tikintisinə icazəsi alınmış yeni otellərə şamil edilmir.

Şəhər, hər il milyonlarla ziyarət edən turistlərin sayını məhdudlaşdırmağa çalışır. Bu, Hollandiya paytaxtının şəhərdə həddindən artıq turizm problemini yüngülləşdirmək üçün həyata keçirdiyi tədbirlər silsiləsinin sonuncusudur.

Seçilən
35
Mənbələr
Şərh ()
Bağla