AZ

"ABŞ Kiyevi döyüşləri davam etdirməyə təhrik edir" - Peskov

"Birləşmiş Ştatlar Ukraynaya yardım göstərməklə Kiyevi döyüşləri davam etdirməyə təhrik edir və öz xeyrinədir".

Redaktor.az yerli mediaya istinadən xəbər verir ki, bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

"Kiyev ABŞ-nin “dəstəkləri” ilə amerikalılara və onların hərbi sənaye kompleksinə qazanc təmin edərək “son ukraynalıya qədər” mübarizə aparmağa məcburdur", - Kreml sözçüsü bildirib.

Peskov vurğulayıb ki, ABŞ-nin Ukraynaya yardımı cəbhələrdə vəziyyətin inkişafının nəticələrinə təsir etmək iqtidarında deyil.

Turan İSMAYIL

Seçilən
36
Mənbələr
Şərh ()
Bağla