AZ

Avropa ölkələrinin hərbi büdcələri iki il ərzində 20% artıb

2022-ci ildə Rusiyanın Ukraynada müharibəyə başlamasından sonra Aİ ölkələrinin hərbi büdcələri 20% artıb.

Herbiand.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Leyen aprelin 17-də Brüsseldə keçirilən Avropa müdafiə sənayesi konfransında bildirib.

O, Avropa müdafiə sənayesinin səmərəliliyini artırmaq üçün Avropa Komissiyasının rəhbərliyi altında birləşməyə çağırıb: “Bizim milli hərbi büdcələrimiz 2022-ci illə müqayisədə 20% artıb. Bu vəsaitlər son illərdə hərbi sektorun kifayət qədər maliyyələşdirilməsini kompensasiya etməyə başlayıb”.

Ursula fon der Leyen İranın İsrailə hücumunu, ABŞ və Böyük Britaniyanın dəstəyi ilə İsrailin hava hücumundan müdafiə sistemlərinin “demək olar ki, bütün raketləri ələ keçirdiyini” Avropa İttifaqı üçün dərs adlandırıb: “Bu, uzunmüddətli investisiya və müdafiə səylərinin vacibliyini göstərir”.

Bəxtiyar CƏFƏRLİ

Seçilən
91
Mənbələr
Şərh ()
Bağla