AZ

Azərbaycanlı müəllim həbs cəzasını çəkmək üçün çağırıldı

Ərak şəhərinin İnqilab Məhkəməsinin Məhkəmə Qərarlarının İcrası İdarəsinin 7-ci bölməsi azərbaycanlı müəllim Məhəmməd Sadiqiyə çağırış göndərib.

Bu barədə Müəllimlərin Həmkarlar İttifaqı Koordinasiya Şurası məlumat yayıb.

Ondan barəsində çıxarılan 1 illik  həbs cəzasını çəkməsi üçün aprelin 20-də Ərak məhkəməsinin adı çəkilən bölməsinə getməsi istənilib.

Qeyd edək ki, Azərbaycanlı müəllim İran məktəblərində şagirdlərin kütləvi zəhərlənməsi ilə bağlı keçirilən aksiyalarda iştirak etdiyinə görə saxlanılıb.

7 may 2022-ci ildə həbs edilən müəllim bir müddət sonra girov qarşılığında müvəqqəti olaraq sərbəst buraxılmışdı.

visiontv.az



Seçilən
54
Mənbələr
Şərh ()
Bağla