AZ

Lənkəranda Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü qeyd edilib

Lənkəran, 18 aprel, İlkin Adıyev, AZƏRTAC

Lənkəranda 18 Aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü ilə bağlı tədbir keçirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, tədbir Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Salyan Regional İdarəsinin təşkilatçılığı, Lənkəran Rayon İcra Hakimiyyətinin və Lənkəran-Astara Regional Mədəniyyət İdarəsinin dəstəyi ilə baş tutub.

Lənkəran Tarix-Diyarşünaslıq Muzeyində keçirilən tədbirdə Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününün tarixi və əhəmiyyəti haqqında məlumat verilib. Tarixi abidələrin mühafizəsi, öyrənilməsi və təbliğinin təkcə müvafiq qurumların deyil, həm də cəmiyyətin hər bir nümayəndəsinin mənəvi borcu olduğu xüsusi vurğulanıb.

Tədbirdə Salyan Regional İdarəsinin nəzarətində olan tarix-mədəniyyət abidələrinin fotolarından ibarət sərgi nümayiş etdirilib.

Regional İdarənin əməkdaşları tərəfindən tədbir iştirakçılarına fotosərgidə nümayiş olunan abidələr barədə ətraflı məlumat verilib. İşğaldan azad olunmuş ərazilərdə yerləşən abidələrin fotoları tədbir iştirakçılarının xüsusi marağına səbəb olub.

Tədbir Cəfər Cabbarlı adına Lənkəran şəhər 1 nömrəli uşaq musiqi məktəbinin şagirdlərinin ifasında musiqili kompozisiyalarla davam edib.

Seçilən
46
Mənbələr
Şərh ()
Bağla