AZ

Xaçmazın Gülalan kəndində sakinlərin müraciət və təklifləri dinlənilib (FOTO)

Bakı. Trend:

Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, yerlihüquq mühafizə orqanlarının rəhbərləri və xidmət təşkilatlarınınməsul şəxsləri ilə birlikdə Gülalan kəndində növbəti səyyarqəbulunu keçirib.

Qəbulda Qaraçı İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə daxilolan Gülalan, Qaraqurtlu, Hacıqurbanoba, Çığatay, Çaxmaqlı, Lamanvə Qaraqaşlı kəndlərinin sakinləri iştirak edib.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev və yerli hüquqmühafizə orqanlarının rəhbərləri əvvəlcə Birinci Qarabağ müharibəsişəhidi Fizuli Adil oğlu Yarməmmədovun büstü önünə gül dəstələridüzərək şəhidlərimizin əziz xatirəsini ehtiramla yad ediblər.

Daha sonra vətəndaşların müraciət və təklifləri dinlənilib.Sakinlər elektrik təsərrüfatının yenilənməsi, kəndlərarası yoluntəmiri, içməli su, rabitə və internetlə ilə bağlı müraciətlərsəsləndiriblər.

Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev kənd sakinlərininarzu və təkliflərini həssaslıqla dinləyərək, onları narahat edənproblemlərin aradan qaldırılması istiqamətində müvafiqtapşırıqlarını verib. Bir çox müraciətlər yerindəcə həlledilib.

Sakinlər əhalinin problemlərinin həll edilməsi məqsədiləyerlərdə həyata keçirilən tədbirlərə, göstərilən yüksək diqqət vəqayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə vəBirinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadəediblər.

Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Xaçmazın
Seçilən
61
Mənbələr
Şərh ()
Bağla