AZ

Qazaxıstanda 600-dən çox neft quyusu daşqınlar səbəbindən hasilatı DAYANDIRDI

Qazaxıstanda 600-dən çox neft quyusu daşqınlar səbəbindən hasilatı dayandırıb.

İnterpress.az xəbər verir ki, bu barədə Sputnik Qazaxıstan məlumat yayıb. Bildirilir ki, Qazaxıstanın Aktobe və Atırau vilayətlərində daşqın nəticəsində 634 neft quyusunun işi dayandırılıb.

Neft hasilatının ümumi itkisi 16 min ton təşkil edib.

Bu günə olan məlumata görə, 141 quyu bərpa edilib, 493 quyuda hasilat hələ də dayandırılıb.

Xuraman Etibarlı

İnterpress.az

 

Seçilən
39
Mənbələr
Şərh ()
Bağla