AZ

Şeytanı da aldadarlar - Ən qəddar bürclər 

Bürclər insanların xarakterlərinə dair ipuclarını ortaya qoya bilər. Bundan əlavə, astroloqlar hər bir bürc qrupunu fərqli şəkildə şərh edirlər. Onların iddialarına görə, bəzi bürc işarəsi altında olan insanlar doğuşdan bəri qəddar olurlar. 

 Bu səbəbdən belə insanlar astrologiya həvəskarlarının da diqqətini çəkə bilirlər. 

Yenisabah.az ən qəddar və amansız olan bürcləri təqdim edir: 

ƏKİZLƏR 

Əkizlər hər zaman kiməsə və harasa çatmağa cəhd edirlər. Onlar üçün bir yerdə durmaq çətindir. Əkizlər adətən kaprizli, boşboğaz və şıltaq olurlar. Ən çətin vaxtlarda belə “laqeydlik maskası” geyinirlər. Hətta kobudcasına və heç kimlə vidalaşmadan məclisi tərk edirlər. Onlar üçün ətrafındakılarların fikri boş şeydir. 

Əkizlər xain olurlar, onların öz dünyası var. 

QOÇ 

Qoçlar səbirsiz və tez coşan bürc hesab olunurlar. Onlar illərlə üstündə çalışdığı işi, həm də şəxsi həyatına aid olan əlaqələri 15 saniyə ərzində dağıtmağı bacarırlar. Qoçlar özlərini həmişə haqlı sayırlar. Əgər onlar haqlı olmadıqlarını deyirlərsə, onda sadəcə bunu söyləməyə məcbur hiss ediblər, amma öz-özlüklərində belə düşünmürlər. Bu qayda onların həyat kredosudur. Əgər siz Qoça aşiq olmusunuzsa, onda hazır olun ki, əmin-amanlıq ailədə 2-gündən çox olmayacaq.

ƏQRƏB 

Əqrəblər - bütün zodiak aləminin ən qorxunc canilərdir. Onlar həmişə nəyi istəyirlərsə, ona da nail olurlar. Onlar üçün əlçatmaz, qeyri-mümkün deyilən heç nə yoxdur. Əqrəblərin özündən böyük eqosu və  intiqamçı xarakterləri olur. 

Əsl “hiyləgərliklər”i mədəni olmaqlarıdır. Əqrəb üçün insanlar onun şəxsi əmlakıdır. Bilməlisiniz ki, əgər siz bir əqrəbin əhatəsinə düşmüsünüzsə, onda həmişəlik onun köləliyində qalacaqsınız. 

Əsmətxanım RZAZADƏ 


Telegram kanalımız
Seçilən
161
45
Mənbələr
Şərh ()
Bağla