AZ

Nazir Şamaxıya yeni DYP rəisi təyin etdi - ÖZƏL

Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov yeni DYP rəisi təyin edib. Avtosfer.az-ın əldə etdiyi məlumata görə, polis baş leytenantı Zamiq Namiq oğlu Nurəliyev Şamaxı rayon Polis İdarəsinin Dövlət Yol Polisi Bölməsinə rəis təyin olunub.
Qeyd edək ki, buna qədər o, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 3-cü tağımının əməkdaşı olub.

 

Güləndam

Seçilən
51
Mənbələr
Şərh ()
Bağla