AZ

Litva prezidenti: "Aİ ABŞ-la bərabər şərtlərdə strateji muxtariyyət əldə etməlidir"

"Avropa İttifaqı müdafiədə strateji muxtariyyət əldə etməli və bu sahədə ABŞ-la bərabər səviyyədə olmalıdır". 

HİT.az xəbər verir ki, nunu Litva prezidenti Gitanas Nauseda Brüsseldə Aİ ölkələri başçılarının görüşündə litvalı jurnalistlərə bildirib.

"Müdafiəni maliyyələşdirmə Avropanın muxtar müdafiə strategiyasının bir hissəsidir və bu, artıq Birləşmiş Ştatlarla bir növ rəqabət kimi təqdim olunmur", deyə o bildirib.

Prezident Avropanın hazırkı hərbi potensialını tənqidi şəkildə qiymətləndirib. "Bizim (Avropanın-red.) hərbi sənayedə ABŞ-la müqayisəliliyi ilə bağlı çıxışlar yalnız ironik bir təbəssüm doğura bilər ki, biz bu təbəssümün üzümüzdə qalmamasını təmin etməliyik", deyə Nauseda qeyb.

Bundan əvvəl Avropa Komissiyasının (AK) rəhbəri Ursula fon der Leyen Ukraynada müharibənin başlamasından sonrakı iki il ərzində Aİ ölkələrinin müdafiə büdcələrinin 20% artdığını bildirmişdi. Bundan əlavə, o, səmərəliliyini artırmaq üçün Avropa İttifaqı ölkələrinin hərbi sənayesini AK-nin yurisdiksiyası altında birləşdirməyə çağırıb.

Aİ-nin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrell isə bildirib ki, Avropa ölkələri NATO daxilində güclü baza yaratmaqla yanaşı, müstəqil şəkildə öz təhlükəsizliyini təmin etməlidir.

Samir

Seçilən
50
Mənbələr
Şərh ()
Bağla