AZ

Klaudio Xiraldes daha bir mövsüm “Selta”da!

İspan mütəxəssis Klaudio Xiraldes 2025-ci ilin iyun ayının sonuna qədər “Selta”nın əsas komandasını çalışdırmağa davam edəcək.

Arena.az bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Viqo klubu və məşqçi onun və “Selta”nın hazırkı məşqçilər heyətinin üzvləri ilə əməkdaşlığın müddətinin uzadılmasını təsdiq edən müqavilə bağlayıblar.

Klaudio Xiraldesin bir məşqçi kimi təşəkkül tapması məhz “Selta”nın adı ilə bağlıdır. Xiraldesin klubdakı karyerası 2015-ci ilin iyul ayında, “Selta” strukturuna böyük müvəffəqiyyətlə müxtəlif alt komandaları çalışdırmaq üçün qoşulduqda başlayıb.

2021/2022-ci illər mövsümündə Xiraldes gənclər komandasını çalışdıraraq, Şərəf Divizionunun çempionu olub. Növbəti, 2022/2023-cü illər mövsümündə isə Xiraldes “Selta Fortuna” rəhbərliyini ona həvalə etməyə əsas olan cəsarətli və təsirli mövqeyi ilə diqqət çəkib. Bu müddətdə komanda istedad və bacarığını nümayiş etdirərək İkinci Diviziona yüksəlmək üçün ələmə mərhələsinə vəsiqə əldə edə bilib.

Viqo klubu ispan mütəxəssislə əməkdaşlığını yeniləməsinə dair mövqeyini belə ifadə edib:

“Klubun fəlsəfəsinə sadiq olan məşqçi milli və beynəlxalq səviyyədə “Selta”nı fərqləndirən kökləri və dəyərləri təmsil edir. Bu dəyərlər, “Selta”nın, növbəti mövsümdə əsas komandanı çalışdırmağa davam etməsi üçün Klaudio Xiraldesə tam inamının təcəssümüdür” – Viqo klubunun rəsmi bəyanatında deyilir.

Xatırldaq ki, Klauidio Xiraldes “Selta”nın baş məşqçisi vəzifəsinə 2024-cü ilin mart ayında gətirilib. Rafael Benitesin istefasından sonra bu posta müvəqqəti gətirilmiş ispan mütəxəssis Viqo təmsilçisini 3 oyuna çıxarıb, 1 qələbə, 1 heç-heçə və 1 məğlubiyyət yaşayıb. Topların fərqi isə 3:3 nisbətindədir.

Hazırda Xiraldesin “Selta”sı 31 oyundan 28 xalla La Liqanın yarış cədvəlində 17-ci pillədə qərarlaşıb.

Klaudio Xiraldesin qarşısında Viqo klubunu La Liqada saxlamaq kimi çətin bir tapşırığı var.

Seçilən
90
Mənbələr
Şərh ()
Bağla