AZ

Kriştiano Ronaldo kiçik qızını belə təbrik etdi - FOTO

39 yaşlı portuqaliyalı futbolçu Kriştianu Ronaldo qızı Bella Esmeraldanı 2 yaşını təbrik edib.


Ronaldo 628 milyondan çox abunəçisi olan İnstaqram səhifəsində ən kiçik övladının fotosunu yerləşdirib.

 

Sfera.az bildirir ki, iki il əvvəl bu gün Ronaldo və onun nişanlısı Georgina Rodriguez üçün həm sevincli, həm də faciəli olub. Doğuş zamanı ikinci uşaq (Angel) vəfat edib.

 

"Təbrik edirəm, əzizim, səni sevirik #AngelyBella" deyə Ronaldo yazıb.

 

Qeyd edək ki, Bella Esmeralda ilə yanaşı, Kriştiano və Georginanın Alana Martina adlı ortaq bir qızı var. Futbolçunun böyük oğlu Jr. Kriştiano və əkizləri Eva və Mateo da var. Onların hamısı indi Ronaldo ilə birlikdə Səudiyyə Ərəbistanında yaşayır.

 

Ronaldo ilə ispan model arasındakı münasibət isə 2016-cı ildə başlayıb. Onlar Madriddə Georgina “Gucci” mağazasında işləyərkən tanış olublar.

 

Aysel

Sfera.az

Seçilən
98
37
Mənbələr
Şərh ()
Bağla