AZ

Argentina NATO-ya müraciət etdi

Argentina NATO-nun qlobal tərəfdaşı olmağı gözləyir, ölkə bunun üçün müvafiq sorğu göndərib. 

HİT.az xəbər verir ki, bu barədə Argentinanın müdafiə naziri Luis Petri X sosial şəbəkəsindəki səhifəsində məlumat verib.

Petri aydınlaşdırıb ki, o, Şimali Atlantika Alyansının baş katibinin müavini ilə görüşüb və ona Buenos-Ayresdən təşkilatın qlobal tərəfdaşı olmaq istəyini özündə əks etdirən niyyət məktubu verib.

Nazir əlavə edib ki, Argentina ölkənin silahlı qüvvələrini alyans standartlarına uyğunlaşdıracaq və modernləşdirəcək əlaqələri bərpa etmək üçün işləri davam etdirir.

Xavyer Miley Argentinanın prezidenti olduqdan sonra ölkə ABŞ və Qərb ölkələri ilə tam tərəfdaşlıq kursu müəyyən edib. İfrat sağçı siyasətçi dövlətin inkişafı naminə köklü islahatlar vəd edərək hakimiyyətə gəlsə də, indiyədək planlarının əksəriyyətini həyata keçirə bilməyib. 

Samir

Seçilən
118
Mənbələr
Şərh ()
Bağla