AZ

Nazir müavininin tələbələrlə növbəti görüşü - FOTO

Gənclər və idman nazirinin müavini Mariana Vasilevanın Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında (ADBTİA) bu gün tələbələrlə növbəti görüşü baş tutub.

İdman.biz xəbər verir ki, görüşdə “Adaptiv bədən tərbiyəsi” ixtisası üzrə təhsil alan gənclər iştirak ediblər.

Nazir müavini Mariana Vasileva tədbirin tələbələr üçün faydalı olacağına əminliyini bildirib. Sual-cavab formatında keçirilən görüşdə iştirakçılara gənclər arasında idmanın təbliği, adaptiv idmanın cəmiyyət üçün vacibliyi barədə məlumat verilib. Tələbələri dinləyən nazir müavini onlarla sosial aktivlik, idmana maraqları barədə fikir mübadiləsi aparıb.

Görüş zamanı sorğu keçirilib və fəal tələbələrə hədiyyə təqdim olunub.

Qeyd edək ki, görüşdə nazirliyin İdman şöbəsinin müdiri Elnur Məmmədov, Akademiyanın prorektorları Almaz Ələkbərova, Rafail Novruzov və Rizvan Əliyev də iştirak ediblər.

İdman.biz

Seçilən
83
Mənbələr
Şərh ()
Bağla