AZ

Dünya bazarında neft nə üçün ucuzlaşır?

Dünyanın ən böyük neft idxalçısı olan Çinin iqtisadiyyatı ilə bağlı qeyri-müəyyənlik, eləcə də ABŞ-də ilkin faiz dərəcələrinin gözləniləndən yüksək səviyyədə davam edəcəyi ehtimalı neft tələbinə mənfi təsir göstərir.


Sfera.az xəbər verir ki, bu barədə "Trading Economics" yazıb.


Bu vəziyyətdə, dövri nəşrin yazdığına görə, treyderlər İsrailin İrana hücumuna cavab gözlədikləri üçün dünya neft bazarında həyəcanverici sakitlik yaranıb. Bütün bunların nəticəsidir ki, neft bazarı ekspertlərinin fikrincə, dünya bazarında neft ucuzlaşır.



Birjanın son məlumatlarına əsasən, hazırda London ICE Futures birjasında Brent markalı neftin iyun fyuçerslərinin bir barreli 89,52 dollara başa gəlir ki, bu da əvvəlki sessiyanın yekun indeksindən 0,50 dollar və ya 0,56 faiz azdır. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI markalı neftin may fyuçersləri 0,51 dollar və ya 0,6% ucuzlaşaraq 84,85 dollar/barelə bərabər olub.

İnci

Seçilən
50
50
Mənbələr
Şərh ()
Bağla