AZ

Enerji böhranı hər bir Almaniya vətəndaşına ildə 2600 avroya başa gəlir

Hans Böckler Fondu hesablayıb ki, enerji böhranı səbəbindən hər bir alman ildə təxminən 2600 avro itirir. 

Valyuta.az xəbər verir ki, professor Sebastian Dullienin sözlərinə görə, Almaniyanın ÜDM-i hər il beş faiz azalır - bu, digər ölkələrlə müqayisədə əhəmiyyətli dərəcədə çoxdur.

Müqayisə üçün qeyd edək ki, İsveçrədə enerji böhranı səbəbindən hər bir vətəndaş təxminən 1700 avro, İtaliyada 230 avro itirir. Aİ-də orta qiymət təxminən 880 avrodur.

"Almaniyanın onu xüsusilə həssas edən bir sıra struktur xüsusiyyətləri var. Bizim güclü sənayemiz var, lakin o, çox enerji sərf edir. Bu enerjinin böyük hissəsi Rusiyadan qaz şəklində gəlirdi. Almaniya federal hökuməti qaz bazarlarına nisbətən gec müdaxilə etdi", deyə Dullien bildirib.

Eyni zamanda, bir çox ekspertlər qeyd edirlər ki, Rusiya qazına qayıtmaq artıq Almaniya üçün yaxşı heç nə vəd etmir - bu, ölkə iqtisadiyyatını daha da zəiflədə bilər. Məsələn, Avstriya Rusiya qazını almağa davam edir, lakin orada istehlakçılar hər kVt/saata 12 sent ödəyir, Almaniyada isə bu, 9 sentdir.

Paşa Məmmədli

Seçilən
109
Mənbələr
Şərh ()
Bağla