AZ

“Paşinyan, hətta yaxın ətrafına bu razılaşmalar barədə məlumat verməyib” – Sarkisyan

“ABŞ və Aİ ilə razılaşmalar erməni xalqından və cəmiyyətindən gizlin əldə olunub”.

KONKRET.az xəbər verir ki, bu sözləri  Ermənistan Respublika Partiyasının sədri Aram Sarkisyan deyib.

O bildirib ki, Paşinyan hətta yaxın ətrafına bu razılaşmalar barədə məlumat verməyib.

“Maraqlıdır, görəsən, niyə Qərb bu irimiqyaslı proqramı uzun illərdir Aİ-nin qapısında gözləyən Gürcüstanla yox, Ermənistanla həyata keçirməkdə maraqlıdır? Görünür, Qərb Gürcüstanda öz məqsədinə artıq çatdığına inanır. Və yalnız Ermənistan qalıb, oradan Rusiyanı sıxışdırıb çıxarmaq lazımdır”, – deyə Aram Sarkisyan bildirib.

Onun sözlərinə görə, region Türkiyə, Azərbaycan və İran arasında geosiyasi “Bermud üçbucağı”na çevriləcək.

“Bu üçbucaqda İranın xüsusi rolu var. İran bu yaxınlarda açıq şəkildə bildirdi ki, Qərb oyunçularının regionun hərbi-siyasi işlərinə müdaxiləsinə son dərəcə mənfi münasibət bəsləyəcək”, – Aram Sarkisyan əlavə edib.

Günel Mikayılova,

KONKRET.az

Seçilən
71
Mənbələr
Şərh ()
Bağla