AZ

IRENA Assambleyasının 14-cü sessiyası işini panel sessiyaları ilə davam etdirir

IRENA

Əbu-Dabi, 18 aprel, AZƏRTAC

BƏƏ-də keçirilən Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) “COP28-in nəticələri: bərpa olunan enerjidən istifadəni üç dəfə artırmaq və enerji keçidini sürətləndirmək üçün infrastruktur, strategiya və bacarıqlar” mövzusunda 14-cü sessiyası panel sessiyaları ilə işini davam etdirib.

AZƏRTAC-ın Əbu-Dabiyə ezam olunmuş müxbirinin məlumatına görə, “Bərpa olunan enerji sahəsində iqtisadi cəhətdən əsaslandırılmış layihələrin inkişafının sürətləndirilməsi - qlobal keçidə töhfə verən İRENA platformalarından istifadə” mövzusunda panel sessiyası başlamazdan əvvəl İRENA Assambleyasının 14-cü sessiyasının vitse-prezidenti, Dominikan Respublikasının Energetika və mədən sənayesi nazirinin müavini Rafael Qomez, IRENA-nın baş direktoru Françesko la Kamera, həmçinin Avropa İttifaqının (Aİ) enerji məsələləri üzrə komissarı Kadri Simson giriş sözü ilə çıxış ediblər.

Sessiyanın moderatoru, CNN telekanalının “İnkişaf etməkdə olan bazarlar" proqramının keçmiş redaktoru və aparıcısı Con Defterios olub.

Panel iclasında Avropa Komissiyasının Enerji məsələləri üzrə baş direktoru Ditte Yul Yorgensen, Dominikanın Xarici işlər, beynəlxalq biznes, ticarət və enerji naziri Vins Henderson, Efiopiyanın Su və enerji naziri Habtamu İtefa Geleta, Keniyanın Enerji və neft departamentinin katibi Devis Çirçir və ABŞ Dövlət Departamentinin Enerji transformasiya nazirinin köməkçisinin müavini Anna Şpitsberq də iştirak ediblər.

Sessiya iştirakçıları Agentlik tərəfindən irəli sürülən və iqlim dəyişikliyi ilə mübarizə və enerji keçidinin sürətləndirilməsinə əhəmiyyətli töhfə verən təşəbbüsləri müzakirə ediblər.

Tədbir geniş müzakirələrlə davam edib.

Seçilən
107
Mənbələr
Şərh ()
Bağla