AZ

Türkiyədə güclü zəlzələ: dağıntılar və yaralılar var

Türkiyənin Tokat rayonunda baş verən zəlzələdə dağıntılar qeydə alınıb, 5 nəfər yaralanıb. 

OXU24.COM xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. 

AFAD tərəfindən verilən məlumatda aşağıdakı ifadələr yer alıb: AFAD, Jandarma, Polis qrupları və digər təyinatlı personalla Tokat və Yozgat vilayətlərində sahələrdə araşdırmalar aparılır və Tokatda insan itkisi yoxdur.

Tokat rayonunda 2 yaşayış evi, 5 tövlə və 2 minarəyə ziyan dəyib.

Sivas, Samsun, Ərzurum, Çorum və Amasyaya da AFAD qrupları cəlb edilib.

Yozqatda 2 mərtəbəli bina uçub, 8 kənddə cüzi dağıntılar baş verib. AFAD qrupları Ankara, Çankırı, Kayseri, Amasya, Nevşehir və Kırıkkaleyə göndərilib. Təhlükəsizlik Baş İdarəsindən 1 helikopter və Jandarmadan 1 İHA Yozgat və Tokat vilayətlərinə göndərilib. 

Tokat rayonunda zəlzələ zamanı panikaya düşərək qaçmağa çalışan 5 nəfər yaralanıb.

Qeyd edək ki, bu gün axşam saatlarında Türkiyənin Tokat vilayətində 5,6 bal gücündə zəlzələ olub. Zəlzələ ətraf rayonlarda da hiss olunub.

Seçilən
132
50
Mənbələr
Şərh ()
Bağla