AZ

"Raiffeisen Bank" ECB-nin Rusiya biznesinin azaldılmasını sürətləndirəcək

Avstriyanın "Raiffeisen Bank International AG" (RBI) bank qrupu Avropa Mərkəzi Bankının (AMB) Rusiya Federasiyasında biznesin azaldılması prosesinin sürətləndirilməsini tələb edəcəyini gözləyir. 

Valyuta.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

"RBI, ECB-nin 2022-ci ilin fevralında işə saldığı Rusiyada biznesin azaldılması prosesini sürətləndirmək üçün tezliklə tələb irəli sürəcəyini gözləyir. Hazırkı tələb layihəsinə əsasən, Rusiyadan beynəlxalq ödənişlər kimi, 2026-cı ilə qədər istehlak kreditləri əhəmiyyətli dərəcədə azalacaq (2023-cü ilin üçüncü rübü ilə müqayisədə maksimum 65%)", deyə qeyd edilib.

Bundan əvvəl Avropa Mərkəzi Bankının prezidenti Kristin Laqard bildirib ki, ABŞ-ın dondurulmuş Rusiya aktivlərindən Ukraynaya hərbi yardımı maliyyələşdirmək üçün istifadə etmək planları beynəlxalq hüququ poza bilər.

Paşa Məmmədli

Bütün xəbərləri reklamsız oxumaq üçün qeydiyyatdan keç və ya login ol. Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
110
2
Mənbələr
Şərh ()
Bağla