AZ

Ukrayna ABŞ-nin Rusiya ərazisinə PUA zərbələrini dayandırmaq tələblərinə məhəl qoymur?

Ukrayna rəhbərliyi ABŞ nümayəndələrinin pilotsuz təyyarələrdən (PUA) istifadə etməklə Rusiya infrastrukturuna hücumlardan çəkinmək tələblərinə məhəl qoymur.

Redaktor.az xəbər verir ki, bu barədə Britaniyanın “The Economist” jurnalı məlumat yayıb.

Nəşrin yazdığına görə, Ağ Ev Rusiya neft emalı zavodlarını sıradan çıxarmaq istəyən Kiyevin hərəkətlərindən narahatdır,
çünki bu, neftin qiymətinin artmasına, həmçinin “Ukraynanın itirən tərəf olmaq riski ilə idarəolunmaz zərbə mübadiləsinə” səbəb ola bilər. Bu səbəbdən Vaşinqton Kiyevə təzyiqlərini artırır, ona taktikasını dəyişməyi tövsiyə edir.

Detektiv təxəllüsündən istifadə edən “The Economist”in Ukrayna kəşfiyyatındakı mənbəsinin sözlərinə görə, o, Ukrayna Silahlı Qüvvələrinin həyata keçirdiyi zərbələrin intensivliyini azaltmaq üçün hələlik heç bir göstəriş almayıb. Eyni zamanda, “The Economist” qeyd edir ki, son bir həftədə Kiyev Rusiyanın neft sənayesi obyektlərinə hücumlardan çəkinib.

Ukrayna Silahlı Qüvvələrinin ehtiyacları üçün pilotsuz təyyarələrin istehsalı ilə məşğul olan nəşrin digər həmsöhbəti isə iddia edir ki, Kiyevin endirdiyi zərbələrlə bağlı Amerika rəsmiləri arasında konsensus yoxdur: “Bizə özəl olaraq deyirlər
ki, davam edə bilək”.

Turan İSMAYIL

Seçilən
163
Mənbələr
Şərh ()
Bağla