AZ

Teflon tavalar qadağan edilir -Xərçəng təhlükəsinə görə...

Fransa xərçəngə səbəb olduğu üçün teflon tavaların istehsalını və satışını qadağan etməyə hazırlaşır.

Medicina.az xəbər verir ki, bununla bağlı hazırlanan qanun layihəsi parlamentə təqdim olunub.

Tərkibində kanserogen maddələr olduğu təsbit edilən teflon tavalar qablaşdırma və tekstildə geniş istifadə olunur. Məlumata görə, Fransada tavaların 90%-də yapışmayan örtük olan politetrafloroetendən (PFAS) istifadə edilir.

PFAS havada, torpaqda, qidada və hətta insan orqanizmində toplandığı üçün “əbədi çirkləndirici” adlanır.

Qanun layihəsi 2025-ci ilin iyul ayına qədər müəyyən məhsullar üçün PFAS-ın istifadəsinə qadağa qoyulmasını tələb edir.
Parlamentə təqdim edilən versiya 2026-cı il yanvarın 1-dən təhlükəsizlik və mülki müdafiə mütəxəssisləri üçün qoruyucu geyimlər istisna olmaqla, tərkibində bu maddələr olan bütün mətbəx əşyaları, kosmetika, mum məhsulları və geyimləri qadağan edəcək.

1 yanvar 2030-cu il tarixindən etibarən bütün tekstil məhsulları qadağan ediləcək.

Qeyd edək ki, Fransada minlərlə insanın işlədiyi istehsal müəssisələrini çətin vəziyyətə salacaq qanun layihəsinin geri götürülməsi tələbi ilə etiraz aksiyası keçirilib.


Aysel

Seçilən
103
1
Mənbələr
Şərh ()
Bağla