““Boeing” 2030-cu ilə qədər Asiyada uçan avtomobil bazarına girməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, “Nikkei Asia” bu barədə şirkətin texniki direktoru Todd Sitrona istinadən məlumat yayıb.
Bildirilir ki, şirkət özünün törəmə müəssisəsi olan “Wisk Aero”da şaquli eniş və şaquli uçuş (eVTOL) elektriklə işləyən avtomobil hazırlayır. Təyyarə istehsalçısı beləliklə, sıx trafik olan şəhərlərdə uçan avtomobillərin təmin edə biləcəyi sürətli səfərlərə olan tələbatı ödəməyə çalışır. “Boeing” hazırda bu planla ilk olaraq hansı Asiya ölkəsinə girəcəyini düşünür.
Nəşr qeyd edir ki, aviaşirkətin planı əvvəlcə ABŞ-də sertifikat almaq, sonra isə Asiyada fəaliyyətə başlamaqdır.