AZ

İki sarı vərəqə qırmızıya dönməyib – Qaydalar nə deyir

Konfrans Liqasında “Aston Villa”nın qapıçısı Emiliano Martines 2 sarı vərəqə alsa da, meydandan qovulmayıb.

İdman.biz xəbər verir ki, o, vərəqlərdən birini oyundan sonra penalti zərbələri seriyasında alıb.

Qaydalara görə, matçın əsas və əlavə vaxtlarında göstərilən sarı vərəqə penalti seriyasına şamil olunmur. Nəticədə argentinalı qapıçı “Lill”lə oyunda komandasının mərhələ adlamasında böyük rol oynayıb. O, 11 metrlik seriyada rəqib futbolçuların 2 zərbəsini dəf edərək, “Aston Villa”nı yarımfinala yüksəlməsinə kömək edib.

Qeyd edək ki, komandalar arasında hər 2 oyun 2:1 hesabı ilə yekunlaşıb. Penalti zərbələri zamanı “Aston Villa” 4:3 hesabı ilə qalib gəlib.

İdman.biz

Seçilən
140
4
Mənbələr
Şərh ()
Bağla