AZ

Mövsümün sonunda "Yuventus"dan ayrılmaq istəyir

Filip Kostiç mövsümün sonunda "Yuventus"dan ayrılmaq istəyir.

Sportinfo.az xəbər verir ki, serbiyalı futbolçu karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

"Beşiktaş" 31 yaşlı vingeri transfer etməyə çalışır. İstanbul təmsilçisinin rəsmiləri Kostiçlə danışıqlara başlayıb. Təcrübəli oyunçu Türkiyədə oynamağa isti yanaşır.

Filip Kostiç bu mövsüm "Yuventus"un heyətində meydana çıxdığı 29 rəsmi matşda 4 qol ötürməsi ilə yadda qalıb.

Seçilən
98
Mənbələr
Şərh ()
Bağla