AZ

“Mançester Yunayted”in yeni sahibi “Barselona”nın müdafiəçisini almaq istəyir

Fransa millisinin və “Barselona”nın müdafiəçisi Jül Kunde komandasını dəyişə bilər.

Sportinfo.az “Teamtalk”-a istinadən xəbər verir ki, “Mançester Yunayted” futbolçunu transfer etməkdə maraqlıdır.

“Qırmızı şeytanlar” Kundeni müdafiəçi Aaron Van-Bissakanın əvəzləyicisi kimi nəzərdən keçirirlər. “Mançester Yunayted”in yeni sahibi Cim Ratkliff fransalı futbolçu ilə şəxsən maraqlanır.

Kunde 2022-ci ildən “Barselona”da çıxış edir. Tərəflər arasında müqavilənin müddəti 2027-ci ilin ortalarına qədər hesablanıb.

Seçilən
157
Mənbələr
Şərh ()
Bağla