AZ

Yaşar Gülər: Tam müstəqil müdafiə sənayesi - günün tələbidir

Yaşar

ANKARA, 18 aprel, AZƏRTAC

Effektivliyini Qarabağda, Liviya və Ukraynada aydın şəkildə sübut edən Türkiyə müdafiə sənayesi məhsullarına dünya bazarında tələbat günbəgün artır. Biz bu müsbət trendi böyük məmnunluq hissi ilə müşahidə edirik.

AZƏRTAC xəbər verir ki, bu ifadələri Türkiyənin milli müdafiə naziri Yaşar Gülər Ankarada keçirilən “İnsanlı Hava Platformaları Layihələrinin İmza Mərasimi”ndə çıxışı zamanı səsləndirib. Onun sözlərinə görə, Türkiyə, bir əsr əvvəl işğalçı ordulara qarşı ölüm-dirim mübarizə aparan ölkədən, iqtisadiyyatı daim böyüyən, güclü orduya sahib və dayanmadan inkişaf edən müdafiə sənayesinə malik, regionda və dünyada söz sahibi olan qüvvəyə çevrilib.

Yaşar Gülər, dövlətin nüfuzunun artmasında Prezident Rəcəb Tayyib Ərdoğanın siyasətinin və əməyinin danılmaz olduğunu vurğulayıb. Bölgədə yaşanan böhran və münaqişələrə diqqət çəkən nazir “İdxala bağlı olmayan, tam müstəqil müdafiə sənayesi və güclü ordu – günün tələbidir, şərtidir”, deyə qeyd edib.

 
Ramin Abdullayev
AZƏRTAC -ın xüsusi müxbiri

Ankara

Seçilən
150
24
Mənbələr
Şərh ()
Bağla