AZ

ABŞ Rusiya dövlət bankını məhkəməyə verdi

Rusiya dövlət bankı VTB məhkəməyə verildi.

KONKRET.az xəbər verir ki, bu iddia ilə ABŞ-ın ən böyük investisiya bankı “JPMorgan Chase” Nyu-York məhkəməsinə müraciət edib.

Məlum olduğu kimi, Rusiya bankı sanksiyalara məruz qaldıqdan sonra bloklanan hesabdan 439,5 milyon dollar geri qaytarmağa dəfələrlə cəhd edib. “JPMorgan” məhkəməyə iddiasında bildirib ki, VTB Nyu-Yorkda barışıq sazişini kobud şəkildə pozub.

Qeyd edək ki, VTB-nin iddiası Sankt-Peterburq və Leninqrad vilayətinin Arbitraj Məhkəməsinə göndərilib. “JPMorgan Chase” ehtiyat edir ki, VTB Rusiyada məhkəmədə qalib gələrsə, xaricdəki aktivlərinə həbs qoyulacaq. Ona görə də VTB-nin Rusiya yurisdiksiyasında məhkəməyə verilməsinin qadağan edilməsi tələb edilir.

Xatırladaq ki, ABŞ VTB-nin Avropadakı törəmə şirkətinə qarşı sanksiyaları ləğv edib. Onlar 2022-ci ilin aprelində təqdim edilib və bankın ümumi itkisi 209 milyard rubl təşkil edib.

Burhan,

KONKRET.az

Seçilən
191
1
Mənbələr
Şərh ()
Bağla