AZ

Fransanın daxili işlər naziri zorakılığa məruz qalıb

Fransanın

Bakı, 19 aprel, AZƏRTAC

Dənizaşırı ərazilərə səfəri zamanı Fransanın daxili işlər naziri Jerar Darmanin zorakılığa məruz qalıb.

AZƏRTAC xəbər verir ki, Puent a Pitr şəhərində Qvadelupa televiziyasına müsahibə verərkən bir gənc nazirə yaxınlaşıb. Nazirlə görüşmək istədiyini deyən gənc onun çiyninə yumruq vurub. Mühafizəçilər onu kənarlaşdırıb. Şəxsiyyəti açıqlanmayan şəxs həbs edilib.

Qeyd edək ki, nazir yeniyetmələrin cinayətkarlığı ilə mübarizə aparmaq üçün Qvadalupada 18 yaşı tamam olmayanlar üçün komendant saatı tətbiq edib. Onların saat 20.00-dan sonra küçəyə çıxması qadağan olunub.

Seçilən
185
4
Mənbələr
Şərh ()
Bağla