AZ

AutoCAD dizayn proqramı Rusiyada bloklandı

“Autodesk aprelin 18-dən etibarən Rusiyada hesabları bloklamağa başlayıb. Artıq AutoCAD dizayn proqramı təminatının pirat versiyaları da bloklanıb”.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Rusiyada AutoCAD-ın bloklanması bütün ölkə ərazisində tikinti layihələrinin inkişafında fasilələrə səbəb olacaq. Bu, dizayn proqram təminatından istifadə edən bir sıra sənaye sahələrində maliyyə itkilərinə səbəb ola bilər.

Qeyd edək ki, Autodesk AutoCAD kompüter dəstəkli dizayn sisteminin və 3D modelləşdirmə, animasiya və vizuallaşdırma proqramının 3ds MAX tərtibatçısıdır. Tikinti və maşınqayırma üçün proqram təminatçısı isə 2022-ci ildə Ukraynada keçirilən xüsusi hərbi əməliyyata görə Rusiyada işləri dayandırıb.

Burhan,

KONKRET.az

Seçilən
145
Mənbələr
Şərh ()
Bağla