AZ

Bakıda yarım milyon manatlıq avtomobil qəza törədib - FOTO

Bakının Xətai rayonunda ağır yol qəzası qeydə alınıb.

APA xəbər verir ki, qəza Yusif Səfərov küçəsində qeydə alınıb.

“Mercedes Maybach” markalı avtomobilin sürücüsü yüksək sürətlə hərəkətdə olarkən işıqforun qırmızı işığında dayanan “Leap Motors C11” markalı maşına çırpılıb.

Zərbənin təsirindən “Maybach” deformasiyaya uğrayıb, “Leap Motors”da olan sərnişin xanım xəsarət alıb.

Hadisə yerinə yol patrul xidmətinin əməkdaşları cəlb edilib.

“Maybach” markalı maşının sürücüsü alkoqol sərxoşluğunun yoxlanılması məntəqəsinə aparılıb.

Hazırda fakt araşdırılır.

Bakıda Bakıda Bakıda Bakıda Bakıda Bakıda
Seçilən
101
29
Mənbələr
Şərh ()
Bağla