“İsrail yaxın bir-iki gün ərzində İrana cavab zərbəsi endirəcəyini ABŞ-a əvvəlcədən xəbər verib”.
KONKRET.az xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
“Aprelin 18-də İsrail ABŞ-yə yaxın 24-48 saat ərzində İrana zərbə endirmək niyyəti barədə məlumat verib”, – Bloomberg hökumətdəki mənbələrə istinadən yazır.
Qeyd edək ki, aprelin 19-da səhər İranın İsfahan şəhərində partlayışlar baş verib. Amerika mediasına görə, İsrail əmin edib ki, onlar ölkədəki nüvə obyektlərini hədəf almayıblar.
Burhan,
KONKRET.az