AZ

Juninyoya Niderlanddan da müştəri çıxdı

“Qarabağ” çətin ki, hücumçusu Olavio Juninyonu yayda heyətində saxlaya bilsin.

Futbolinfo.az xəbər verir ki, braziliyalı forvard uğrunda mübarizə getdikcə gərginləşir.

27 yaşlı futbolçunun adı daha əvvəl “Beşiktaş” və “Fənərbağça” ilə birgə hallanırdı. Artıq Avropanın digər ölkələrindən də Juninyonun durumunu izləyənlər var. Konkret olaraq “Tuluza” və “Alkmar”ın bu transfer üçün hərəkətə gəldikləri bildirilir. Xarici mətbuatın iddiasına görə, həm Fransa, həm də Niderland təmsilçisi tezliklə “Qarabağ”la danışığa başlayacaq.

Azərbaycan çempionu isə bombardirinin satışından minimum 8 milyon avroluq gəlir götürməyi hədəfləyir.

Qeyd edək ki, Juninyonun “Qarabağ”la müqavilə müddəti 2026-cı ilin yayına qədərdir.

Seçilən
96
Mənbələr
Şərh ()
Bağla