AZ

Kürdə batan atanın meyiti tapılıb, azyaşlı qızının axtarışları davam edir

Bakı. Trend:

Kür çayının Ağcabədi rayonu, Nəcəfqulubəyli kəndi ərazisindənkeçən hissəsində batan 1993-cü il təvəllüdlü Süleymanlı Vaqif Tahiroğlunun meyiti Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindənsudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, 2018-ci il təvəllüdlüSüleymanlı Səma Vaqif qızının axtarışları davam etdirilir.

Əlavə məlumat veriləcək.

Seçilən
99
50
Mənbələr
Şərh ()
Bağla