AZ

Bakıda maşinisti və müəllimi öldürən sürücü ilə bağlı qərar açıqlandı

Bakı Apellyasiya Məhkəməsində yol qəzasında 2 nəfərin ölümündə təqsirləndirilən Xalid Quliyevin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

 
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Anar İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. 
 

Qərara əsasən, şikayət və protest təmin edilməyib.

 

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Xalid Quliyev 5 il 8 ay 11 gün azadlıqdan məhrum edilib. 

 

Qeyd: Hadisə bu il avqustun 24-də paytaxtın Suraxanı rayonunda - Zığ şosesində baş verib. Belə ki, Xalid Quliyevin idarə etdiyi “Hyundai” markalı avtomobil idarəetmədən çıxaraq qəzaya düşüb. Nəticədə Müşfiq Mustafayev və onun həyat yoldaşı Anargül Mustafayeva ölüb.
Daha sonra Xalid Quliyev saxlanılıb.

 

Xatırlatma: Qəza nəticəsində vəfat edən Müşfiq Mustafayev Bakı Metropoliteninin əməkdaşı olub. O, xeyli vaxt imiş ki, Metropolitenin təsərrüfat qatarının maşinisti kimi çalışırmış. Anargül Mustafayeva isə 267 saylı orta məktəbdə müəllim işləyirmiş.

 

Kamal Məmmədov

 

 

Tarix: 19 Aprel 2024, 08:14   
Seçilən
93
Mənbələr
Şərh ()
Bağla