AZ

KİV: Pakistanda partlayış nəticəsində 3 nəfər ölüb

Pakistanda partlayış baş verib.

“İki sahil” xəbər verir ki, ​Kəraçidə baş verən partlayış nəticəsində azı 3 nəfər xəsarət alıb.

“Geo” telekanalının məlumatına görə, içərisində əcnəbilərin olduğu furqona iki kamikadze hücum edib. Hadisə nəticəsində zərərçəkənlər xəstəxanaya yerləşdirilib. İki nəfər ağır yaralanıb. Ölənlərin yerli sakinlər olduğu qeyd edilir.

Hücumu həyata keçirən terrorçular ölüb. Hadisə yerindən bir çanta qumbara və bir “Kalaşnikov” avtomatı tapılıb.

Məhərrəm Ağalaroğlu, “İki sahil”

Seçilən
66
3
Mənbələr
Şərh ()
Bağla