AZ

Hindistanda parlament seçkiləri – Bir milyarda yaxın seçici…

Hindistanda ümumi parlament seçkisinin birinci mərhələsi keçirilir.

NOCOMMENT.az xəbər verir ki, 21 ştatda yerləşən 102 seçki dairəsində 187 min seçki məntəqəsi işə başlayıb. Ölkənin 166 milyondan çox vətəndaşı səs verə bilər.

Ölkənin böyüklüyünü və seçicilərin sayının təxminən 1 milyarda çatmasını, habelə təhlükəsizlik mülahizələrini nəzərə alaraq, Hindistanda seçki yeddi mərhələdə keçiriləcək. İkinci mərhələ aprelin 26-da 13 ştatda yerləşən 89 seçki dairəsində keçiriləcək. Sonuncu isə iyunun 1-nə planlaşdırılıb.

Qeyd edək ki, səsvermənin nəticələri iyunun 4-dək elan olunacaq.

Seçilən
69
Mənbələr
Şərh ()
Bağla